Belçika mətbuatının iddiasına görə "Neftçi" və "Zirə"nin transfer siyahısında yer alan Kevin Nzuzi "Molenbek"dən ayrılıb.
Sportal.az xəbər verir ki, fransalı hücumçu sonuncu klubundan ayrılması barədə instaqram hesabında paylaşım edib. 28 yaşlı hücumçu instaqramda hekayə bölümündə isə “Neftçi” haqda paylaşımı ilə də diqqət çəkib.
"Əziz azarkeşlər klubdan ayrıldığımı elan edirəm. Sizinlə iki möhtəşəm il keçirdim. Məni gözəl qəbul etdiniz. 15 qol vurub, bunu sizinlə qeyd etmək möhtəşəm anlar idi. Adımı "Molenbek" tarixinə yazdıra bildim. Vidalaşmaq vaxtı çatdı. Hamınıza təşəkkür edirəm".
“Paris” yetirməsi forvard karyerası ərzində “Nior”, “Çambli”, “Dunkirk”, “Red Star” klubları ilə yanaşı PSJ-nin ikinci komandasında da oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi