Belarus millisinin futbolçusu Maksim Şevtsov Millətlər Liqasının ikinci turunda qarşılaşacaqları Azərbaycanla oyun haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışam müdafiəçi Novi-Sadda keçiriləcək oyundan əvvəl ötən il Minskdə millimizə 1:2 məğlub olduqları oyunu xatırlayıb:
"Azərbaycan millisi indi də ötənilki sxemdə oynayır. Ötənilki matçı xatırlayıram, mübariz oyun alınmışdı. Son dəqiqədə qol buraxdıq və uduzduq. Halbuki daha yaxşı nəticə əldə edə bilərdik. Azərbaycanın yaxşı, döyüşkən komandası var. Bu komanda aşağı-yuxarı bizimlə eyni səviyyədədi. Görək bu dəfə necə alınacaq".
