Millinin sabiq üzvü karyerasını başa vurdu

13:03 - 6 İyun 2022

Portuqaliya millisinin sabiq futbolçusu Bruno Alveş karyerasını başa vurub.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, 40 yaşlı futbolçu aktiv futbolçu karyerasını davam etdirməmək qərarı alıb. 

Son olaraq Yunanıstanın "Apollon" (Smirnis) klubunda oynamış Bruno ondan öncə "Zenit", "Fənərbağça", "Porto", "Parma" klublarında çıxış etmişdi. Veteran futbolçu millidə 96 oyunun iştirakçısı olub. 

Xəbər xətti