"Səbail" Əfranla müqavilə müddətini uzatmadı

13:59 - 6 İyun 2022

“Səbail” futbolçusu Əfran İsmayılovla yolları rəsmən ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı açıqlama bildirilib.

​33 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. “Həm meydançada, həm də meydançadan kənarda əsl peşəkar! Səninlə işləməkdən qürur duyduq! Hər şey üçün təşəkkür edirik!” – deyə “Səbail”in paylaşımında bildirilib.

Xəbər xətti