“Liverpul” Ceyms Milnerlə müqavilə müddətini uzadıb.
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi iyunun sonunda başa çatırdı. Rəhbərlik isə ona yeni müqavilə təklif edib və tərəflər arasında razılıq əldə olunub.
Milner 2015-ci ildə "Mançester Siti"dən ayrılaraq "Liverpul"a keçmişdi.
