"Məğlubiyyətin acı xatirəsi qalıb"

15:00 - 6 İyun 2022

Belarus millisinin müdafiəçisi Ruslan Xadarkeviç Millətlər Liqasının C3 qrupunun 2-ci turunun Azərbaycanla Serbiyanın Novi Sad şəhərində keçiriləcək oyunu haqda danışarkən, ötən il Minskdə keçirilmiş yoldaşlıq matçını (1:2) xatırladıb.

Sportal.az xəbər verir ki, belaruslu futbolçunun federasiyasın rəsmi saytına verdiyi açıqlamadan hiss olunur ki, ötənilki məğlubiyyəti hələ də unutmayıb: 

"Məğlubiyyətin acı xatirəsi qalıb. Uduzduğumuza görə onlara "borcumu" qaytarmaq istəyirəm. Ancaq ilk növbədə özüm-özümü reabilitasiya etməliyəm. Sadəcə olaraq, debüt oyununda məğlubiyyət nədənsə adama çox təsir edir".

Xatırladaq ki, millimizin qələbəsilə başa çatan yoxlama görüşündə Xadarkeçiv Belarus yığmasında debüt etmişdi.

Xəbər xətti