"Ankaragücü" "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat verib.
Superliqaya vəsiqə qazanan Ankara klubu 25 yaşlı futbolçu ilə daha 10 oyunçusu ilə yollarını ayırıb.
Ötən mövsümü icarə əsasında "Ankaragücü"də keçirmiş Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var.
