"Azərbaycanla matçda qollarımızı vurub qalib gələcəyik"

16:09 - 6 İyun 2022

Belarus millisinin futbolçusu Pavel Sedko Millətlər Liqasının ikinci turu çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyunu barədə danışıb.

Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən yarımmüdafiəçi bunları deyib:

"Azərbaycan hücumda çox yaxşı oynayır. Müdafiədə isə bir az zəifdi. Prinsipcə, yaxşı rəqibdi. Amma biz hücumda oynayacağıq. Ona görə də qollarımızı vurub qalib gələcəyik".

Xəbər xətti