"Beşiktaş" niderlandlı forvardı istəyir

16:43 - 6 İyun 2022

"Bernli"nin forvardı Vut Veqhorst "Beşiktaş"a keçə oluna bilər.

Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, "qara qartal" niderlandlı hücumçunu icarəyə götürmək üçün İngiltərə klubuna 100 min avro təklif edib.

Gələn yay isə "Beşiktaş" "Bernli"yə 8 milyon avro ödəyərək Veqhortsu birdəfəlik transfer etmək şərtini irəli sürüb. İngilislər isə İstanbul klubunun rəhbərliyinə cavab verməyib.

29 yaşlı forvard “Emmen”, “Herakles”, “AZ Alkmaar”, “Volfsburq”da oynayıb. 2018-ci ildən isə hücumçu Niderland millisinin üzvüdü.
 

Xəbər xətti