"Yuventus"un istədiyi futbolçu "Barselona"dan təklif gözləyir

18:34 - 6 İyun 2022

"Yuventus" argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanı transfer etməkdə maraqlı olsa da, futbolçu özü "Barselona"da oynamaq istəyir.

Sportal.az  "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisinin marağına baxmayaraq, Argentina millisinin üzvü Katoloniya klubundan təklif gözləyir. Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına kimi olan futbolçu artıq komandadan ayrıldığını açıqlayıb.

34 yaşlı yarımmüdafiəçi 2015-ci ildən çıxış etdiyi Paris təmsilçisində 295 oyunda 92 qolla yadda qalıb.

Təcrübəli oyunçu daha əvvəl "Mançester Yunayted", "Real", "Benfika" kimi klublarda oynayıb. 

Xəbər xətti