Canni De Byazi 3 futbolçuya ehtiyac duymadı

17:36 - 6 İyun 2022

Millimizin UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün Belarusa qarşı keçirəcəyi matç üçün "23-lüy"ü müəyyənləşib.

Sportal.az xəbər verir ki, Canni De Byazi 3 futbolçunu heyətə daxil etməyib. Onlar Anton Krivotsyuk, Bədavi Hüseynov və Toral Bayramovdu.

Novi Sad şəhərindəki "Karadjordje" stadionunda keçiriləcək Belarus - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti