"Real"ın serbiyalı hücumçusu Luka Yoviç komandanı tərk edə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Xəbərə görə, Serbiya millisinin üzvü Madridin digər təmsilçisi "Xetafe"də çıxış edə bilər. Hər iki klub artıq oyunçunun keçidi ilə bağlı danışıqlara başlayıb. Transfer reallaşacağı təqdirdə, hücumçu növbəti mövsümü icarə əsasında "Xetafe"də keçirəcək.
"Kral klubu"na 2019-cu ildə "Ayntraxt"dan 60 milyon avro qarşılığında transfer olan 24 yaşlı forvard əsas heyətə düşməkdə çətinlik çəkirdi. Serbiya millisinin oyunçusu geridə qalan mövsümdə komanda ilə 15 matça çıxıb. O, bu görüşlərdə 1 qol, 3 assist ilə yadda qalıb.
saytlarin hazirlanmasi
