Tanınmış məşqçi istefaya göndərildi

19:35 - 6 İyun 2022

Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türkmənistanlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, Kurban Berdıyev 2021-ci ilin yayından "Kayrat"ı çalışdırırdı.

Xəbər xətti