Qvardiola: "Levandovski istənilən komandaya uyğunlaşa bilir"

23:55 - 6 İyun 2022

Xosep Qvardiola Robert Levandovskinin "Barselona"ya mümkün keçidi ilə bağlı danışıb.

Sportal.az "Marca"ya  istinadən xəbər verir ki, "Mançester Siti"nin çalışdırıcısı bu məsələ barəsində belə deyib:

"Söhbət Levandovskidən gedirsə, onun karyerası göz önündədir. Polşalı hücumçu istənilən komandaya uyğunlaşa bilir. "Bavariya"nın onun gedişinə əngəl olub-olmayacağını isə deyə bilmərəm".

51 yaşlı ispaniyalı çalışdırıcı 2013-2016-cı illərdə Münhen klubunda işləyərkən Levandovski onun rəhbərliyi altında oynayb.

 

 

Xəbər xətti