Ölkə kubokunun sahibi baş məşqçisini postunda saxladı

23:35 - 6 İyun 2022

"Sivasspor" baş məşqçisi Rza Çalımbayla müqavilə müddətini artırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən 59 yaşlı mütəxəssis 2023-cü ilin iyun ayının sonuna qədər postunda qalacaq. 

2019-cu ilin iyun ayından Türkiyə klubunu çalışdıran Çalımbay başa çatan mövsüm komandaya ölkə kubokunu qazandırıb.

Xəbər xətti