Belarus milli komandasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının ikinci turunda Azərbaycana qarşı keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, belaruslu mütəxəssis qolsuz bərabərliklə başa çatan oyun haqda bu cür danışıb:
"İlk yarı çox çətin alındı. Səhvlərimiz həddən artıq çox idi. Halbuki normal oynamağa başlamışdıq. Görürsüz, bizim əsas problemimiz qol epizodlarından istifadə edə bilməməyimizdi, qapıya düşə bilmirik. Ancaq qapıdan aralı vururuq. Doğrudu, Azərbaycan da bizə qol vura bilərdi. Son dəqiqələrdə isə əla imkanımız yaranmışdı. Sadəcə qapıya düşmək lazım idi...Amma futbolçu topu kənara vurdu. Bu, texniki səhvdi. Qol vura bilmirik. Hücumçularımızla bağlı problem var. Ona görə də hücuma Valeru Qromıkonu buraxmaq məcburiyyətində qaldım. Halbuki o hücumçu deyil".
- Hesab oyuna görə idi?
- Futbol ədalətli oyundu. Əsas olan qol vurmaqdı. Əgər qol yoxdursa, qələbə də heç vaxt olmayacaq. Qol vura bilmirik, bu da problemdi. Ona görə də qol vuran insanlara qiymət verilir. Məqsədlər olmasa, heç vaxt qələbə də olmayacaq. Biz qol vura bilmirik, bu, fəlakət, bizim dəhşətli bədbəxtliyimizdir. Biz həmişə qalib gəlməyə çalışırıq, amma rəqib də qələbə üçün çıxır. Meydanda gərgin mübarizə getdi, çoxlu kartlar var idi. Yəqin ki, möhtəşəm futbol alınmadı. Amma yüksək səviyyədə mübarizə gedirdi.
