Bu gün U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub.
Helsinkidə keçirilən görüşün ikinci yarısında Musa Qurbanlı penaltidən yararlana bilməyib. Rəqibin qapıçısı zərbəni dəf edib. Bundan sonra isə yığmamız ardıcıl 3 qol buraxaraq meydanı məğlub tərk edib.
7 iyun
Finlandiya - Azərbaycan 3:0
Qollar: Skottya 50, Antmann 55, Sadiku 79
Qolla yekunlaşmayan penalti: Musa Qurbanlı 48 (qapıçı)
Finlandiya U-21: Vilyami Sinisalo, Yuho Hyuvyarinen, Robin Tihi, Ville Koski, Matias Rale, Topi Keskinen, Oliver Antman, Ryuru Hannola, Adam Marhiyev, Naatan Skuttya, Kay Meriluoto
Azərbaycan U-21: Əkpər Əliyev, Nihat Quliyev, Elvin Cəfərquliyev, Zamiq Əliyev, Elçin Mustafayev, Fərid Yusifli, Şakir Seyidov, Abdulla Xaybulayev (Rüfət Abdullazadə 58), Ceyhun Nuriyev (İldar Alekperov 58), Rüstəm Əhmədzadə, Musa Qurbanlı (k) (Asim Əlizadə 71)
