Millətlər Liqası: Türkiyə Litva səfərində, İngiltərə Almaniya ilə üz-üzə

10:19 - 7 İyun 2022

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci turun növbəti oyunları baş tutacaq.

Sportal.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma keçiriləcək.

A Liqasının 3-cü qrupunda Almaniya İngiltərə ilə üz-üzə gələcək. Qrupda yer alan İtaliya və Macarıstan isə Çezena şəhərində qarşılaşacaq.

C Liqasının 1-ci qrupunda yer alan Türkiyə Litva ilə səfərdə oynayacaq. Lüksemburq isə Farer adaları sınağına yollanacaq.

UEFA Millətlər Liqası, II tur

A Liqası

3-cü qrup

22:45. Almaniya - İngiltərə
22:45. İtaliya - Macarıstan


B Liqası

3-cü qrup

20:00. Finlandiya - Monteneqro
22:45. Bosniya və Herseqovina - Rumıniya


C Liqası

1-ci qrup

22:45. Farer Adaları - Lüksemburq
22:45. Litva - Türkiyə

 

Xəbər xətti