"Azərbaycan millisi bizi heç nə ilə təəccübləndirmədi"

13:14 - 7 İyun 2022

Belarus millisinin müdafiəçisi Danil Neçayev Millətlər Liqasının qrup mərhələsinin ikinci turunun Azərbaycanla oyunundan sonra müsahibə verib. Sportal.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına müsahibəsində bu cür danışıb: "Təəssüratım iki cürdü. Oyunumuz o qədər də yaxşı alınmadı. Halbuki bizdən tələb olunanı etməyə çalışırdıq. Müsbət tərəfi odur ki, qapımızı toxunulmaz saxlaya bildik. Mənfi tərəfi isə qol vura bilməməyimiz, qələbə qazana bilməməyimizdi. 

- Rəqib sizi təəccübləndirdi?
- Xeyr, Azərbaycan millisi bizi heç nə ilə təəccübləndirmədi. Biz onları yaxşı araşdırmışdıq və oynadıqları futbola da hazır idik. Qeyri-adi bir şey görmədim. Azərbaycan yaxşı rəqibdi, texnikalı futbolçuları var.

- Azərbaycana qarşı oyun çox sərt alındı...
- Milli komanda ilə uğur qazanmaq istəyirsənsə, mübarizəyə qorxmadan getmək lazımdı. Təəccüblü heç nə yoxdu.

- Oyununuzdan razısız?
- Qalib gəlsəydik razı qalardım. Hər halda heç-heçə də qənaətbəxşdi.

- Qazaxıstanın Slovakiyaya qalib gəlməsi sizin üçün sürpriz oldu?
- Xeyr, olmadı. Biz özümüz də Slovakiyaya qarşı pis oynamamışdıq. Biz də onlara qalib gələ bilərdik.

- İki oyuna 1 xal qazanmaq sizin üçün üzücüdü?
- Əlbəttə ki, üzücüdü. Çalışırıq, amma biz robot deyilik, insanıq. Epizodları reallaşdırmaqda çətinlik çəkirik. Qol epizodları çox olmur, sadəcə daha aqressiv olmaq lazımdı.

Xəbər xətti