"Real"dan ayrılan Qaret Beyl karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, uelsli futbolçuya elə bu ölkənin "Kardiff Siti" klubundan təklif gəlib.
İngiltərə Çempionşipdə oynayan klub Beyllə görüşmələrə başlayıb.
Bu klub növbəti mövsümdə də aşağı liqada oynayacaq.
