"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç İtaliyaya yollanacaq.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, serbiyalı "Roma"ya keçə bilər.
Paytaxt klubunun rəsmiləri Matiçin menecerilə danışıqlara başlayıb. Futbolçu özü də "Roma"da oynamaq niyyətindədi. Joze Mourinyo özü də 33 yaşlı futbolçunu sərəncamında görmək istədiyindən onunla şəxsən danışıb.
Matiç İtaliya klubu ilə 1 illik müqavilə imzalayacaq.
