UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.
Sportal.az xəbər verir ki, püşkatmada ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib. "Levadiya"(Estoniya) "Vikinqur"la (İslandiya), "La Fiorita" (San-Marino) isə "İnter"lə (Andorra) üz-üzə gələcək.
Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Bütün matçlar İslandiyada oynanılacaq.
Bu mərhələnin qalibi birinci təsnifatda "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq. Həmin mərhələnin püşkü isə iyunun 14-də atılacaq.
