"Real" və PSJ eyni futbolçunu istəyir

16:41 - 7 İyun 2022

"Real'' və PSJ  "Renn"in yarımmüdafiəçisi Lovro Mayeri transfer etmək istəyir.

Sportal.az "Ger French Football News" portalına istinadən xəbər verir ki, Xorvatiya millisinin futbolçusu ilə "Atletiko" və "Leyptsiq" klubları da maraqlanır. Amma 24 yaşlı yarımmüdafiəçinin "kral klubu"na keçidi daha real görünür.

Xorvatın "Renn"lə müqaviləsi 2026-cı ilə qədərdi. 

Mayer ötən il 13 milyon avro qarşılığında "Dinamo"dan (Zaqreb) Fransa klubuna keçib. 

Xəbər xətti