UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycan millisinin qonağı olacaq Slovakiya millisi oyunöncəsi ciddi itki ilə üzləşib.
Sportal.az "Nogomania" nəşrinə istinadən xəbər verir ki, slovakiyalıların əsas oyunçularından hesab edilən Milan Skriniar Qazaxıstan matçda zədələnib.
27 yaşlı futbolçunun zədəsinin ciddi olduğu və bir neçə oynaya bilməyəcəyi ehtimal edilir.
Azərbaycan - Slovakiya matçı iyunun 10-da “Dalğa Arena”da saat 20:00-da başlayacaq.
