"Napoli" Norveç millisinin üzvünü transfer etməkdə israrlıdır

17:13 - 7 İyun 2022

"Napoli" "Brayton Albion"un müdafiəçisi Leo Ostiqardı heyətinə qatmaqda israrlıdır.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, neapollular norveçli oyunçu üçün qarşı tərəfə 3 milyon avro təklif edib. İngiltərə klubu isə bu məbləğin çox aşağı olduğu qənaətindədir. "Napoli" isə "Brayton" rəsmilərilə bir daha görüşəcək.

Leo Ostiqard 2020-ci ildən çıxış etdiyi Norveç millisində 3 matç keçirib.

İngiltərə klubuna 2019-cu ildə transfer olan 22 yaşlı futbolçu əsas komandada rəsmi oyuna çıxmayıb. O, daha çox icarə əsasında digər komandalarda çıxış edib. Müdafiəçi son olaraq 2022-ci ilin yanvar ayından mövsümün sonuna kimi "Cenoa"da oynayıb.

Xəbər xətti