Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışı başlayıb.
Sportal.az xəbər verir ki, dünən başlayan və 3 gün davam edəcək toplanışında Azərbaycanın gənclərdən ibarət milli komandasının 14 üzvü də iştirak edir.
Cüdoçularımız 8-12 iyun tarixlərində Leybnits şəhərində keçiriləcək daha bir beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.
