"Qalatasaray" rumın futbolçunu İstanbula gətirir

17:30 - 7 İyun 2022

"Sassuolo"nun futbolçusu Vlad Kirikeş Türkiyəyə yollanacaq.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" rumıniyalı müdafiəçini transfer etməyə hazırlaşır. İstanbul nəhəngi 32 yaşlı futbolçu üçün "Sassuola" ilə danışıqlara başlayıb.

Rumıniya millisinin üzvü 2019-cu ildə "Napoli"ni "Sassuolo"ya dəyişmişdi. 

Xəbər xətti