Azərbaycanla oyundan əvvəl Slovakiya baş məşqçisiz qaldı

18:33 - 7 İyun 2022

Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç istefaya göndərilib.

Sportal.az "Tvnoviny" portalına istinadən xəbər verir ki, yerli federasiya evdə Qazaxıstana 0:1 hesablı məğlubiyyətdən sonra Tarkoviçlə yola davam etmək istəməyiblər.

Bu gün Slovakiya Futbol Federasiyasının keçirdiyi iclasda 49 yaşlı mütəxəssisin işinə son verilməsi qərara alınıb. 

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

Xəbər xətti