PSJ "Lill"i çempion edən baş məşqçi ilə maraqlanır

19:58 - 7 İyun 2022

PSJ gələn mövsümə yeni baş məşqçi ilə başlaya bilər.

 

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu "Nitsa"nın baş məşqçisi Kristof Qalte ilə maraqlanır. 55 yaşlı mütəxəssisin özü də PSJ-də işləməyə müsbət yanaşır.

 

Təcrübəli çalışdırıcı PSJ-nin hegemonluğuna son qoyaraq "Lİlll"lə 2020-2021-ci il mövsümündə Fransa çempionu olmuşdu.

 

Kristof Qaltenin 2021-ci ilin yayından çalışdırdığı Nitsa təmsilçisi geridə qalan mövsümü 5-ci pillədə başa vurub.

Xəbər xətti