Yürgen Klopp: "Belə futbolçunu itirməyə haqqımız yoxdu"

20:40 - 7 İyun 2022

"Liverpul" təcrübəli yarımmüdafiəçi Ceyms Milnerlə müqavilənin müddətini uzadıb.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yürgen Klopp bu məsələyə münasibət bildirib. Almaniyalı mütəxəssis futbolçunun komandada qalmasını yüksək qiymətləndirib:

 

"Mən bu xəbərə sevindim. Milner bizim üçün vacib futbolçudur. O, liderlik keyfiyyəti ilə seçilir. Mən bunu təsdiqləyirəm. Onun peşəkarlığı hər bir futbolçu üçün numunədir. Milnerə hələ də ehtiyacımız var. Belə futbolçunu itirməyə haqqımız yoxdur. Ona təşəkkür edirəm ki, növbəti mövsümdə də bizimlə olmaq üçün klubda qalmağa razılıq verdi".

 

Qeyd edək ki, Liverpul təmsilçisi bir neçə gün öncə təcrübəli yarımmüdafiəçi ilə müqavilə müddətini bir il müddətinə artırıb.

Xəbər xətti