PSJ İtaliya millisinin hücumçusuna "elçi" düşdü

21:43 - 7 İyun 2022

"Sassuolo"nun futbolçusu Canluka Skamakka PSJ-də çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport İtalia" yayıb. Xəbərə görə, Paris təmsilçisi "Arsenal"ın da transfer siyahısında olan hücumçuya təklif göndərməyə hazırlaşır.

 

Skamakka 2021-ci ildən çıxış etdiyi İtaliya millisində 5 matç keçirib.

 

Geridə qalan mövsümdə "Sassuolo"nun heyətində bütün turnirlər nəzərə alınmaqla 38 oyuna çıxan 23 yaşlı forvard 16 qolla yadda qalıb.

Xəbər xətti