Monçi türkiyəli müdafiəçini istəyir

20:22 - 7 İyun 2022

İspaniyanın "Sevilya" klubu yay transfer pəncərəsi zamanı heyətinə üç mərkəz müdafiəçisi qatacaq.


Sportal.az xəbər verir ki, La Liqa təmsilcisi türkiyəli futbolçu Merih Demiralla maraqlanır. Əndəlusluların idman direktoru Monçi 24 yaşlı müdafiəçinin transferində israrlıdır.


"Sevilya"nın digər alternativi isə "Lion"la müqaviləsi başa çatan belçikalı Ceyson Denayerdir.


Müqavilə ilə "Yuventus"a məxsus olan Merih Dəmiral son mövsümü icarə əsasında "Atalanta"da keçirib. Türkiyə millisinin üzvü Berqamo klubunun heyətində meydana çıxdığı 42 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti