"Milan" "Lill"in futbolçusu Renato Sançeşi heyətinə qatmaq istəyir.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "rossyonerlər" portuqaliyalı oyunçunu uzun müddətdir yaxından izləyir. Milan təmsilçisi bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəməyə də hazırdır.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi Fransa klubuna 2019-cu ildə "Bavariya"dan keçib. Portuqaliyalı futbolçu bu günə qədər komandada 91 oyunda iştirak edib.
saytlarin hazirlanmasi
