"Fiorentina" rusiyalı hücumçu ilə yolları ayırır

23:19 - 7 İyun 2022

"Fiorentina" hücumçu Aleksandr Kokorinlə müqaviləyə vaxtından əvvəl xitam verə bilər.

 

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Florensiya təmsilçisi rusiyalı oyunçunun gedişinə mane olmayacaq. Klub müqaviləsinin müdddəti 2024-cü ildə başa çatmasına baxmayaraq, Kokorinlə qarşılıqlı razılaşma əsasında yolları ayırmaq istəyir.

 

Futbolçu özü də klubdakı vəziyyətindən narazı olduğu üçün daha çox oynayacağı bir komandaya keçmək istəyir.

 

31 yaşlı hücumçu İtaliya klubuna 2021-ci ilin yanvarında "Spartak"dan (Moskva) transfer olunmuşdu. Rusiyalı oyunçu "Fiorentina"nın heyətində bu günə kimi cəmi 11 oyunda meydana çıxıb.

Xəbər xətti