Karyerasını bitirən futbolçu idman direktoru oldu

13:08 - 8 İyun 2022

Bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlayan Bruno Alveşin yeni iş yeri məlum olub.

Sportal.az xəbər verir ki, 40 yaşlı sabiq müdafiəçi AKE klubunda çalışacaq. Bu barədə Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alveş klubun idman direktoru təyin olunub.

Son klubu Yunanıstan "Apollon"u olan Alveş daha əvvəl Rusiyada "Zenit", Türkiyədə "Fənərbağça", Portuqaliyada "Portu", İtaliyada "Parma"da çıxış edib. O, millidə 96 oyunda iştirak edib.

Xəbər xətti