"Dinamo" Mahirə yeni rəqib gətirdi

14:18 - 8 İyun 2022

Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" heyətini yeni hücumçu ilə gücləndirib.


Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi "Riyeka" ilə müqaviləsi başa çatan Yosip Drmiçi rənglərinə bağlayıb. 29 yaşlı forvardla müqavilənin detalları haqda məlumat verilməyib.


Qeyd edək ki, millimizin hücumçusu Mahir Emreli 2022-ci ilin qışından "Dinamo"da çıxış edir. 25 yaşlı qolçu Xorvatiya klubunun heyətində meydana çıxdığı 10 oyunda 2 qol vurub.

Xəbər xətti