"Qalatasaray"ın futbolçusu Viktor Nelsson karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, danimarkalı mərkəz müdafiəçisinin xidmətində "Torino" maraqlıdır. "Tuttosport"un xəbərinə görə, A Seriyası klubu 23 yaşlı müdafiəçi üçün "cim bom"a 15 milyon avroluq təklif göndərəcək.
Viktor Nelsson "Qalatasaray"a 2021-ci ilin yayında "Kopenhagen"dən transfer olunub. Danimarka millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
