"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu PSJ-nin müdafiəçisi Prisnel Kimpembe ilə maraqlanır. "Zadəganlar"ın oyunçu üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.
26 yaşlı futbolçu 2016-cı ildən çıxış etdiyi Fransa millisində 27 matça çıxıb.
Kimpembe 2014-cü ildən Paris klubunun əsas heyətində oynayır. O, komanda ilə 221 oyuna çıxıb.
saytlarin hazirlanmasi
