Super Liqa klubu Portuqaliya millisinin üzvünü transfer etdi

11:56 - 11 İyun 2022

"Adana Demirspor" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Real Sosyedad"ın müdafiəçisi Kevin Rodrigesi transfer edib. Futbolçu ilə 3 illik sözləşmə imzalanıb.

 

28 yaşlı oyunçu Portuqaliya millisində 3 matç keçirib.

 

2016-cı ildən "Real Sosyedad"da çıxış edən müdafiəçi geridə qalan mövsümü icarə əsasında La Liqanın digər təmsilçisi "Rayo Valyekano"da keçirib. Rodriges Madrid təmsilçisi ilə 17 oyuna çıxıb.

Xəbər xətti