"Çelsi"nin keçmiş ulduzu Bakıda millimizin oyununu izlədi - FOTO

13:10 - 11 İyun 2022

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 3-cü turunda "Dalğa Arena"da Slovakiya ilə qarşılaşıb.


Sportal.az xəbər verir ki, yığmamızın 0:1 hesabı ilə məğlub olduğu matçı stadionda izləyənlər arasında məşhur sima da olub. Belə ki, "Çelsi"nin keçmiş yarımmüdafiəçisi Maykl Essyen görüşü "Dalğa Arena"da izləyib. Qanalı futbol əfsanəsi bu barədə instaqram səhifəsində paylaşım edib.


Qeyd edək ki, Maykl Essyen 2019-2020-ci illərdə "Səbail"də oynayıb.

 

Xəbər xətti