"Azərbaycanla oyunda bəxtim gətirmədi"

14:16 - 11 İyun 2022

Slovakiya milli komandasının yarımmüdafiəçisi Lukaş Haraslin UEFA Millətlər Liqası qrup mərələsinin Azərbaycanla oyunundan sonra açıqlama verib.


Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu 1:0 hesablı qələbə qazandıqları görüşdə bəxtinin gətirmədiyini deyib:


"Qələbə qazandığınız üçün sevinirəm. Qazaxıstanla matçdakı məğlubiyyətdən sonra qol vurmaq istəyirdim. Amma bəxtim gətirmədi".


Qeyd edək ki, Lukaş Haraslin qarşılaşmanın 85-ci dəqiqəsində fərqlənib. Lakin VAR-ın müdaxiləsindən sonra oyundan kənar vəziyyət qeydə alınıb və qol ləğv olunub.

Xəbər xətti