Poqba "Yuventus"la 4 illik müqavilə imzalayacaq

16:59 - 11 İyun 2022

"Yuventus" "Mançester Yunayted"dən ayrılan Pol Poqba ilə razılığa gəlib.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu fransalı yarımmüdafiəçi ilə 4 illik müqaviləni razılaşdırıb. Poqba İtaliyada ilinə 10 milyon avro qazanacaq.

Fransa millisinin üzvü 2012 - 2016-cı illərdə "Yuventus"da oynayıb.

Xəbər xətti