Millinin baş məşqçisi qovuldu

17:55 - 11 İyun 2022

Argentinalı mütəxəssis Ektor Kuper Konqo Demakratik Respublikası millisinin baş məşqçisi postundan istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, yığmanın Afrika Millətlər Kubokunun seçmə mərhələsində zəif çıxış etməsi Kuperin komandadan göndəriməyinə səbəb olub. 

 

"Bəbirlər" qrupdakı ilk iki oyunda Qabona (0:1) və Sudana (1:2) məğlub olduqdan sonra ölkənin idman nazirliyi argentinalı mütəxəssislə müqaviləyə xitam verməyi qərara alıb.

 

Kuper 2021-ci ilin may ayından konqolulara rəhbərlik edirdi. 66 yaşlı məşqçi bundan əvvəl "Valensiya", "İnter", "Betis", "Malyorka" kimi klublarda işləyib.

Xəbər xətti