ABŞ "El Klasiko"ya ev sahibliyi edəcək

18:30 - 11 İyun 2022

İspaniyanın "Real" klubu yayda ABŞ-da təlim-məşq toplanışında keçirəcəyi yoxlama matçlarının təqvimini açıqlayıb.

 

Sportal.az klubun mətbuat xidmətinə əsasən xəbər verir ki, Madrid təmsilçisi iyulun 23-də Las-Veqasda "Barselona" ilə qarşılaşacaq.

 

Karlo Ançelottinin çalışdırdığı kollektiv bundan başqa iyulun 26-sı və 30-u müvafiq olaraq əvvəl San-Fransiskoda Meksikanın "Amerika" klubu ilə, sonra isə Los-Ancelesdə "Yuventus"la  üz-üzə gələcək.

Xəbər xətti