PSJ-nin hücumçusu Mauro İkardi ilə Argentina klubları maraqlanır.
Sportal.az "Radio Continental"a istinadən xəbər verir ki, "River Pleyt" və "Argentinos Xuniors" 29 yaşlı futbolçunu transfer etmək istəyir. İkardi isə yüksək səviyyədə çıxış etdiyinə əmindir və düşünür ki, hələ də Avropanın top klublarında karyerasına davam edə bilər.
Argentinalı oyunçu 2019-cu ildən Paris təmsilçisində oynayır. Hücumçu başa çatan mövsümdə 30 matçda meydanda olub. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
saytlarin hazirlanmasi
