İtaliyanın "Milan" klubu heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin əsas hədəfi "Fənərbaxça"nın futbolçusu Kim Min-Jedir. "Rossonerilər"in idman direktoru Paulo Maldini cənubi koreyalı mərkəz müdafiəçisinin transferində israrlıdır. "Milan"ın yaxın günlərdə 24 yaşlı futbolçu üçün İstanbul təmsilçisinə rəsmi təklif göndəriləcəyi bildirilir.
İtaliyanın "Napoli" klubu da Kim Min-Je ilə maraqlanır.
Kim Min-Je 2021-ci ilin yayında "Fənərbaxça"ya keçib. Cənubi Koreya millisinin üzvü "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 40 matçda 1 qol vurub. Onun hazırkı transfer qiyməti 14 milyon avrodur.
