"Mançester Yunayted"in əsas transfer hədəfi

20:59 - 11 İyun 2022

"Mançester Yunayted" yay transfer pəncərəsində komandanı bir neçə yeni futboçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İngiltərə klubu öncəliklə "Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Cud Bellinqemi əsas hədəf kimi müəyyənləşdirib. Onu da bildirək ki, 18 yaşlı oyunçu ilə "Real"da maraqlanır.

 

Bellinqem 2020-ci ildən çıxış etdiyi İngiltərə millisində 14 oyuna çıxıb.

 

Qeyd edək ki, yarımmüdafiəçi Dortmund təmsilçisi ilə bu günə kimi 90 matçda iştirak edib. Onun klubla müqaviləsi 2025-ci ildə başa çatır.

Xəbər xətti