"Barselona" "Napoli"nin oyunçusu ilə danışıqlara başladı

21:56 - 11 İyun 2022

"Barselona" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Kataloniya klubu "Napoli"nin müdafiəçisi Xalidu Kulibalini heyətinə qatmaq istəyir. Klub müdafiəçi ilə artıq danışıqlara başlayıb. Yaxın bir neçə həftə ərzində isə Neapol təmsilçisinə təklif göndəriləcək. Seneqallı oyunçunun özü də karyerasını İspaniyada davam etdirməyə müsbət yanaşır. 

 

Qeyd edək ki, Kulibali 2014-cü ildən "Napoli"də oynayır. 30 yaşlı futbolçu başa çatan mövsümdə 34 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2023-cü ildə başa çatacaq.

Xəbər xətti