"Trabzonspor" Xorvatiya millisinin futbolçusunu transfer edir

22:33 - 11 İyun 2022

Son Türkiyə çempionu "Trabzonspor" heyətini yeni oyunçu ilə gücləndirir.

 

Sportal.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi "Reyncers"in müdafiəçisi Borna Barisiçi transfer etməkdə israrlıdır. Klub Qlazqo təmsilçisinə xorvat oyunçu üçün təklif göndərib. 2024-cü ilə qədər komanda ilə müqaviləsi olan oyunçu özü də Tükiyədə karyerasını davam etdirməkdə istəklidir.

 

29 yaşlı cinah müdafiəçisi 2017-ci ildən Xorvatiya millisində çıxış edir.

 

Qeyd edək ki, Barisiç başa çatan mövsümdə "Reyncers"in heyətində bütün turnirlər nəzərə alınmaqla 43 oyunda meydanda olub.

Xəbər xətti