"Qalatasaray"ın sabiq oyunçusu yenidən Super Liqaya qayıdır

22:55 - 11 İyun 2022

Türkiyə kubokunun son qalibi "Sivasspor" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, avrokuboklarda uğurlu çıxış etmək istəyən komanda heyətini Yunanıstanın "Aris" klubunun futbolçusu Badou Ndiaye ilə gücləndirmək istəyir.

 

Təcrübəli futbolçunun klubla müqaviləsi 2024-cü ildə başa çatır.

 

Qeyd edək ki, 31 yaşlı seneqallı oyunçu daha əvvəl Super Liqada "Qalatasaray", "Trabzonspor", "Osmanlıspor", "Fatih Karagümrük" kimi komandalarda çıxış edib. Ndiaye geridə qalan mövsümdə "Aris"in heyətində 35 oyunda 4 qol, 4 asisstlə yadda qalıb.

Xəbər xətti